Putin Ukraynanı nə zamandan itirib?| Ukrayna Adenauer Almaniyasının yolunu gedə biləcəkmi?
Ukraynalılar “Rus ideyasını” – Putinin qonşularına tətbiq etməyə çalışdığı revizionist konsepsiyanı rədd etdilər. “Siz ukraynalı deyilsiniz, russunuz”, - deyə Putin 2021-ci ilin iyul ayında yazdığı essedə bildirib və əlavə edib ki, Qərbdə bir çoxlarının fikirləri əhəmiyyətsiz və gülüncdür. Putinin revizionizmi Ukrayna kimliyini və milliliyini rədd edir. Mesaj sadədir: Ukrayna əbədi olaraq Rusiyanın vassal dövləti olaraq qalacaq. Putinin Ukraynanı silahla hədələməkdən başqa, onunla münasibətlər qurmaq üçün bir yol tapa bilməməsi “rus ideyası”nın uğursuzluğunun simvoludur.
Eyni zamanda dünya Ukraynanı və onun milli kimliyini yeni kəşf edir. Ukrayna tarixində heç vaxt Qərb Ukrayna üçün bu qədər yekdilliklə vuruşmayıb. Ölkənin dünya tarixinə qayıdıb, Avropada layiqli yer tutmaq iddiası rus çarlarının, sovet diktatorlarının və indiki Rusiya rəhbərliyinin ən böyük qorxularından biridir, çünki bu, onları ağlasığmaz işə, yəni öz ölkələrində islahatlara getməyə məcbur edir.
Vaşinqton xəbərdarlıq edirdi ki, Putin Ukraynanı işğal edə bilər. Prezident Zelenski isə hesab edirdi ki, Qərbin yüksək səslə xəbərdarlıqları həddindən artıqdır. Elə olmadığı sübut edildi. Putin Avropa təhlükəsizlik arxitekturasının qaydalarını yenidən yazmaq, NATO-nu parçalamaq, Ukraynanın qərbləşmə meylini məhv etmək və ABŞ-ı hörmətdən salmaq istəyir. Bu baxımdan, heç bir ssenari istisna edilə bilməz. Putin hiyləgərdir və onun hesablamalarını təxmin etmək mümkün deyil.
Əsas nəticələr aydındır.
Putin və “rus ideyası” bugünkü Ukraynada uduzub. Lakin Kremlin geri çəkilmək niyyəti yoxdur. Əksinə, intiqam alacaq.
Kreml Ukraynada rusiyayönlü marionet hökumət qurmaqla bağlı planlar qura bilər. Amma bu planlar iflasa uğrayacaq. Putin və onun dairəsi müasir Ukraynanı anlamır. Onlar müstəqil olmaq və Putinin “peşkası” deyil, Avropanın bir hissəsi olmaq istəyirlər.
Putin başa düşür ki, strateji hərbi manevrlər onun ən güclü silahıdır. Bu resurs tükənməz deyil, lakin səmərəlidir. Bununla belə, istənilən birbaşa hərbi əməliyyat Kremlin variantlarını və Qərbə əlavə təzyiq göstərmək imkanlarını məhdudlaşdıracaq, ona görə də biz Putindən çoxşaxəli cavablar gözləməliyik. Rusiya prezidenti hərbi əməliyyatlara əl atmazdan əvvəl kiberhücumlardan istifadə etdi. Putin Ukraynanı o qədər zəiflətmək istəyir ki, onun danışıqlar masası arxasında təslim olmaqdan başqa yolu qalmasın.
Kreml həmçinin strateji sabitlik və silahlara nəzarətlə bağlı Qərblə dialoqdan maksimum dividend əldə etməyin yollarını axtaracaq. Əgər işğalın qarşısı alınarsa, Putin mümkün qədər çox şey əldə etmək üçün dünyanın böyük dövlətlərinin liderlərindən danışıqlar masası arxasında oturmağı tələb edəcək. Belarusun, hətta elan edilməmiş şəkildə ilhaq edilməsi indiki böhranın başqa bir nəticəsidir.
Rusiya təbliğatı məmnuniyyətlə anti-Qərb isteriyasını qızışdırıb, ukraynalıları münaqişənin Vaşinqtonun işi olduğuna və Ukraynanın xəyanətinin də bunun nəticəsi olduğuna inandırmağa çalışır.
Bayden Qərb ictimai rəyini səfərbər etmək və Kremlin yeni ideoloji hücumlarına qarşı immunitet yaratmaq məqsədi ilə ümumi dəyərləri və təhlükəsizliyi vurğulayan Atlantik tərəfdaşları ilə geniş Avropa dialoqunu təşviq etməlidir. Baş verənlər, ölkələri heç bir halda Ukraynanın NATO və Aİ-yə üzvlüyü ideyasından yayındırmamalıdır. Konrad Adenauerin Qərbi Almaniyasının bir vaxtlar seçdiyi yolu Ukrayna da seçməlidir. Ukraynalılar sülh istəyir. Heç bir halda Qərb Minsk razılaşmalarının zəhərli qədəhini Ukrayna üzərinə məcbur etməməlidir. Putin artıq Ukraynanı itirib. Qərb Ukraynanın müdafiəsinə yetərincə qalxacaqmı?
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı